ABB istehlak kreditləşməsinin şərtlərini dəyişib

ABB istehlak kreditləşməsinin şərtlərini dəyişib Bank kredit faizinə və müddətinə dəyişiklik edib
Maliyyə
6 Yanvar , 2017 11:09
ABB istehlak kreditləşməsinin şərtlərini dəyişib

Bakı. 6 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC müştərilərə verdiyi istehlak kreditlərinin şərtlərinə dəyişiklik edib. Bu barədə “Report” Banka istinadən xəbər verir.

Məlumata görə, əgər indiyə qədər ABB əmək haqqını və pensiyasını onun plastik kartı ilə alanlara zaminlə 5 ilə qədər kredit verirdisə, hazırda müddət maksimum 3 ildir.

Bundan başqa, Bank təminatlı kreditlər üzrə illik faiz dərəcəsini 26%-dən 27%-ə qaldırıb. Təminatsız kreditlər isə əvvəlki qaydada 2 ilə qədər, illik 29%-lə ayrılır.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsi və 1 759 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi