Yuxarı

ABA ilə IFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Müqavilə daşınar əmlakın yüklülüyü sahəsində birgə fəaliyyəti nəzərdə tutur

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Təminatlı Əqdlər (daşınar əmlakın yüklülüyü) sahəsində birgə fəaliyyətlə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, müqavilədə Təminatlı Əqdlərdən istifadənin cari səviyyəsi ilə bağlı sorğunun keçirilməsi, bu sahədə islahatlara dəstək olmaq üçün konfrans və seminarların təşkili, “Təminatlı Əqdlər Haqqında Qanun”un layihə şəklində hazırlanaraq banklarla birlikdə müzakirəsi və məlumatlılığın artırılması üçün mətbuatda məqalələrin verilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi