Fevralın 24-də, saat 12:00-da “A-Qrup Sığorta” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında olacaq.
Yığıncağın gündəliyinə “A-Qrup Sığorta”nın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.
Xatırladaq ki, "A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 005 250 manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.