Bakı. 5 may. REPORT.AZ/ "A-Qroup Sığorta" ASC nizamnamə kapitalını 1 999 500 manat və yaxud 24,98% artıraraq 10 005 250 manata çatdırıb.
Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, kapital artımı şirkətin dövriyyədə olan 7 750 ədəd adi, sənədsiz, adlı səhminin nominal dəyərinin 1 033 manatdan 1 291 manata çatdırılması hesabına baş tutub.
Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.