"A-Qroup Sığorta" nizamnamə kapitalını artırıb

"A-Qroup Sığorta" nizamnamə kapitalını artırıb Bakı. 5 may. REPORT.AZ/ "A-Qroup Sığorta" ASC nizamnamə kapitalını 1 999 500 manat və yaxud 24,98% artıraraq 10 005 250 manata çatdırıb. Bu ba...
Maliyyə
5 May , 2017 14:41
A-Qroup Sığorta nizamnamə kapitalını artırıb

Bakı. 5 may. REPORT.AZ/ "A-Qroup Sığorta" ASC nizamnamə kapitalını 1 999 500 manat və yaxud 24,98% artıraraq 10 005 250 manata çatdırıb. 

Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, kapital artımı şirkətin dövriyyədə olan 7 750 ədəd adi, sənədsiz, adlı səhminin nominal dəyərinin 1 033 manatdan 1 291 manata çatdırılması hesabına baş tutub.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi