“A-Qroup Sığorta”nın yığımları cüzi artıb

“A-Qroup Sığorta”nın yığımları cüzi artıb Bakı. 23 yanvar. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC-nin yığımları 2016-cı ildə 12 796 101 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata gör...
Maliyyə
23 Yanvar , 2017 13:32
“A-Qroup Sığorta”nın yığımları cüzi artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ “A-Qroup Sığorta” ASC-nin yığımları 2016-cı ildə 12 796 101 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 1,53% çoxdur.

Hesabat dövründə “A-Qroup Sığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət il ərzində 8 340 492 manat ödəniş edib və bu, illik müqayisədə 15,13% çoxdur.

Ötən il “A-Qroup Sığorta” topladığı hər 100 manat sığorta haqqının 65,18 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 57,48% olub.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi