Yuxarı
    Bağlamaq

    "A-Qroup Sığorta"da daha bir yeni təyinat olub

    Şirkətin İdarə Heyətinin sədrinə müşavir təyin edilib

    Bakı. 19 sentyabr. REPORT.AZ/ "A-Qroup Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədrinə müşavir təyin edilib. Şirkətdən "Report"a verilən məlumata görə, bu vəzifəyə Abbas Babayev gətirilib. 

    O, bundan əvvəl "A-Qroup Sığorta"nın İH-nin sədr müavini vəzifəsində çalışıb. A.Babayev yeni vəzifəsinə sentyabrın 1-dən təsdiqlənib. 

    Xatırladaq ki, bir qədər əvvəl Orxan Əfəndiyev Şirkətin sədr müavini vəzifəsinə təyin olunub. 

    "A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi