2020-ci ilin sonuna qədər AMAL layihəsinə 2 milyon manatadək vəsait ayrıla bilər

2020-ci ilin sonuna qədər AMAL layihəsinə 2 milyon manatadək vəsait ayrıla bilər Bakı. 30 oktyabr. REPORT.AZ/ Növbəti həftədən etibarən Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan- AMAL-ın təbliğatına başlanılacaq.
Maliyyə
30 Oktyabr , 2018 13:02
2020-ci ilin sonuna qədər AMAL layihəsinə 2 milyon manatadək vəsait ayrıla bilər
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Növbəti həftədən etibarən Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan- AMAL-ın təbliğatına başlanılacaq".

"Report " xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, aidiyyəti nazirliklərlə birgə 10 pilot rayon seçilərək hər rayondan 20-yə yaxın gənc prosesə cəlb olunacaq: "İlkin mərhələdə 200 nəfərdən ibarət pilot qrup formalaşdırmaq niyyətindəyik. Gənclərə biznes ideyasının formalaşdırılmasına dair təlimlər təşkil ediləcək. Gənclərin maliyyə modeli planı hazır olduqdan və həmin plana ekspert rəyi verildikdən sonra müəyyən sahələrdə - İT, maliyyə və digər sahələrdəinformasiya dəstəyi və başqa kömək göstəriləcək. Bundan başqa, onların istehsal etdikləri məhsulların bazara çıxışına da dəstək göstəriləcək".

"2020-ci ilin sonuna qədər layihəyə, təqribən, 2 milyon manatadək vəsaitin ayrılması nəzərdə tutulur. Layihə uğurlu olacağı təqdirdə dövlət büdcəsindən əlavə vəsait cəlb edə bilərik. Gənclərin layihələrinin maliyyələşdirilməsinə 5%-dən çox olmamaq şərtilə 30-40 min manatadək kredit verilə bilər. Tərəfdaş banklardan birini cəlb etməyə çalışacağıq. Ödənişlər gənclərə birdəfəlik verilməyəcək. Vəsait mütəmadi qoyulacaq. Monitorinqlər zamanı layihə təyinatı üzrə aparılmasa, istifadə olunmasa gənclər layihədən çıxarılacaq", - nazirlik rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi