Ziya Əliyev: "Azərbaycanda bütün növ icbari sığortaların tam əhatə olunması planlaşdırılır"

Ziya Əliyev: "Azərbaycanda bütün növ icbari sığortaların tam əhatə olunması planlaşdırılır" Azərbaycanda bütün icbari sığorta növləri üzrə 100 % əhatənin əldə edilməsi mümkündür.
Maliyyə
2 Oktyabr , 2024 12:28
Ziya Əliyev: Azərbaycanda bütün növ icbari sığortaların tam əhatə olunması planlaşdırılır

Azərbaycanda bütün icbari sığorta növləri üzrə 100 % əhatənin əldə edilməsi mümkündür.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev İstanbulda keçirilən 13-cü Sığorta Həftəsi çərçivəsində təşkil olunan 3-cü Beynəlxalq Sığorta Zirvəsində bildirib.

"Biz Azərbaycanda icbari sığorta bazarının sabit inkişafını müşahidə edirik. Bu gün icbari avtomobil sığortası üzrə əhatə etmə səviyyəsi artıq 100 %-ə çatıb. Ölkədə beş növ icbari sığorta növü tətbiq edilir və biz Mərkəzi Bank olaraq bu sahədə islahatlar aparmağa davam edirik. Bu islahatlar bütün icbari sığorta növlərinin tam əhatə olunmasına imkan verəcək", - deyə Z.Əliyev qeyd edib.

O, həmçinin Azərbaycanın maliyyə sistemində sığorta sektorunun əhəmiyyətinin artdığını vurğulayıb: "Son üç ildə sığorta şirkətlərinin aktivlərinin maliyyə sisteminin ümumi aktivlərindəki payı 3,2 %-dən 3,8 %-ə yüksəlib".

Tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevin rəhbərliyi ilə ölkənin aparıcı sığorta şirkətlərinin nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi