"Yelo Bank"dan qardaş Türkiyəyə dəstək!

Maliyyə
  • 09 fevral, 2023
  • 11:24
Yelo Bankdan qardaş Türkiyəyə dəstək!

Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək istəyənlərin diqqətinə: "Yelo Bank"a məxsus bank kartları ilə Türkiyə Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) ianə məqsədli bütün köçürmələr komissiyasız və vergisiz həyata keçiriləcək.

Həmçinin, müştərilər filiallarda da AFAD-a köçürmələrini komissiyasız həyata keçirə biləcəklər.

Qeyd edək ki, bu qərar həm fiziki, həm də hüquqi şəxslərin ianələrinə şamil olunur. İanə etmək üçün bu linkə keçid edə bilərsiniz: https://bit.ly/iane-et

"Yelo Bank" zəlzələ qurbanlarının ailələrinə və bütün Türkiyə xalqına başsağlığı verir, yaralılara şəfa diləyir.

Bank xidmətləri, o cümlədən online pul kocurme haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

"Yelo Bank" – Parlaq bankçılıq!