"Yelo Bank" ASC-nin növbəti sosial məsuliyyət layihəsi çərçivəsində Bankın əməkdaşları Şamaxı şəhərində şəhid ailələrini və qaziləri ziyarət etdilər. Layihənin məqsədi onları təkcə bayram sovqatları ilə sevindirmək deyil, həm də bayramqabağı mənəvi dəstək göstərərək onların yanında olmaq idi.
Ziyarət zamanı komanda hər ailə tərəfindən isti qarşılandı və səmimi görüşlər oldu. Ailələrin dediyi "Şəhid qapısı hər zaman ziyarətə açıqdır" ortaq cümləsi həm komanda üzvlərini duyğulandırdı, həm də bu cür təşəbbüslərin nə qədər dəyərli olduğunu göstərdi.
"Yelo Bank" hər zaman ölkəmizdə korporativ sosial məsuliyyət layihələrinin dəstəkçisi və təşəbbüskarıdır. Bank bundan sonra da hər zaman dəyərlərimizi qorumaq və cəmiyyətimizin rifahı üçün səylərini davam etdirəcək.
Bank xidmətləri, eləcə də
"Yelo Bank" – Parlaq bankçılıq!
"Yelo Bank" Şamaxıda şəhid və qazi ailələrini ziyarət edib
Maliyyə
29 Dekabr , 2024
12:21
https://static.report.az/photo/ad304472-b4b7-35a3-861c-1875a2ab1635.jpg