“Yelo Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək
- 16 may, 2025
- 10:32
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 2-də, saat 11:00-da “Yelo Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Yelo Bank"ın 2024-ci il üzrə auditdən keçmiş maliyyə hesabatının təsdiq edilməsi, eləcə də cari və təşkilati məsələlər daxildir.
Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 95,68 %-i “Topaz Investments Limited” QSC-yə, 4,22 %-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1 %-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.