"Yelo Bank" ilk rübdə 4 milyon manatdan çox mənfəət əldə edib

Maliyyə
  • 26 aprel, 2023
  • 12:57
Yelo Bank ilk rübdə 4 milyon manatdan çox mənfəət əldə edib

"Yelo Bank" ASC 2023-cü ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Nəticələrdən Bankın bu ilə uğurlu şəkildə başladığını görmək olar.

Hesabata əsasən, Bankın xalis mənfəəti 4 milyon manatdan çox olub, eyni zamanda aktivləri də ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 830 milyon manatı keçib.

Bank kredit portfeli üzrə uzun müddətdir ki, pozitiv artım tendensiyasını qoruyub saxlayır. Belə ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kredit portfeli 168 milyon, yəni 36 % artaraq 640 milyon manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. Rüb ərzində 5 minə yaxın müştəriyə verilmiş biznes krediti nəticəsində bu istiqamət üzrə portfel 27 milyon manat artaraq 424 milyon manat olub.

İstehlak üzrə kredit portfelində də artım müşahidə olunur. İlk rüb ərzində 5 000 müştəriyə 50 milyon manatdan artıq istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli 217 milyon manatı ötüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 milyon manat, yəni 19% artım deməkdir. Bu satışın 33 %-i onlayn kanalların payına düşür.

"Yelo Bank"ın əmanət portfelində də nəzərəçarpan artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamət üzrə portfel 125 milyon manat, yəni 28 % artım ilə 577 milyon manat təşkil edib. Bu artımın fiziki şəxslərin əmanətləri hesabına baş verməsi əhalinin Banka olan etibarının göstəricisidir.

Hesabat dövrü üzrə Bankın faiz gəlirləri isə 25 milyon manatı ötüb. Bu da 1 il əvvəllə müqayisədə 7 milyon manat çoxdur. İlk rüb üzrə qeyri-faiz gəlirləri də artaraq 2,3 milyon manata çatıb. Bankın məcmu kapitalı 92 milyon manat təşkil edir, bu da requlyativ tələbdən 42 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12,36 %, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8,09% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

"Yelo Bank" – Parlaq bankçılıq!

44 - Tezliklə