"Yelo App" ən rahat mobil tətbiq seçildi
- 18 oktyabr, 2022
- 06:19
Azərbaycanın mobil bankçılığına həsr olunmuş “Mobile Banking Day Baku” konfransı keçirilib.
Konfransda 10 yerli mobil bankçılıq tətbiqində istifadəçi təcrübəsinin öyrənilməsinin araşdırmasının nəticələri təqdim olunub.
"Markswebb" agentliyinin həyata keçirdiyi tədqiqatda "Yelo" yüksək xal əldə edərək ən rahat mobil tətbiq seçilib. 1 000 kriteriya üzrə müqayisələrin nəticələrinə görə "Yelo" ən rahat mobil tətbiq kimi dəyərləndirilib.
"Yelo" hazırda müştərilərinin ən çox istifadə etdiyi bank mobil tətbiqləri içərisində ilk yerlərdədir. Bu unikal tətbiqdə həm fərdi, həm də biznes hesabını idarə etmək mümkündür. "Yelo" tətbiqinə digər bankların kartlarını da əlavə etmək mümkündür. Qeyri-müştərilər tətbiqi yükləyərək kredit və kart sifariş edə bilərlər. İlin sonuna qədər "Yelo" tətbiqinin hazırki funksiyalarının daha da təkmilləşdirilməsi və yeni innovativ funksiyaların əlavə edilməsi planlaşdırılır.
"Yelo" mobil tətbiqini smartfonunuza yükləyib, parlaq bankçılıqdan siz də zövq ala bilərsiniz: https://bit.ly/ylmbltb
Bank xidmətləri, həmçinin, mikro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaxud Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
"Yelo Bank" – Parlaq bankçılıq!