Yaponiyanın "Nikkei" indeksi 2,3% dəyər itirib

Maliyyə
  • 11 mart, 2020
  • 07:14
Yaponiyanın Nikkei indeksi 2,3% dəyər itirib

Yaponiya fond birjasının əsas indeksi olan “Nikkei 225” koronavirusun yayılması fonunda qlobal iqtisadiyyatın perspektivləri ilə əlaqədar yaranmış narahatlıq durumunda çərşənbə gününün ticarət əməliyyatlarını 2018-ci ilin dekabrından bəri ən aşağı səviyyədə tamamlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hərracların yekununda “Nikkei 225” indeksi 2,3% dəyər itirərək 19 466,06 bəndə enib.