Yanvarda Azərbaycanda tibbi sığorta üzrə ödənişlər 2,7 dəfə azalıb
Maliyyə
- 23 fevral, 2019
- 13:58
Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda tibbi sığorta növü üzrə daxilolmalar artıb.
“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayı ərzində tibbi sığorta üzrə sığorta şirkətlərinin yığımları 45,604 mln manat təşkil edib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 5,788 mln. manat və ya 14,5% çoxdur.
2019-cu ilin yanvar ayında tibbi sığorta üzrə 2,042 mln. manat ödəniş aparılıb. Bu, 2018-ci ilin yanvar ayı ilə müqayisədə 3,459 mln. manat və ya 2,7 dəfə azdır.
Ümumiyyətlə, bu ilin ilk ayında tibbi sığorta üzrə daxilolmaların 4,48%-i ödənişə yönəldilib.
Xatırladaq ki, 2018-ci ildə tibbi sığorta üzrə sığorta şirkətlərinin yığımları 87,057 mln. manat, ödənişlər isə 59,485 mln. manat təşkil edib.
Son xəbərlər
04:41
Tramp: Rusiya - Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var
Digər ölkələr04:08
Almaniyada aeroportda sərnişindən 11 000-dən çox almaz müsadirə edilib
Digər ölkələr03:52
Tramp FES rəhbəri vəzifəsinə iki əsas namizədin adını açıqlayıb
Digər ölkələr03:21
"Liverpul" Salahı heyətinə qaytarıb
Futbol02:38
ABŞ Karib regionuna daha bir qrup qırıcı təyyarə göndərir
Digər ölkələr02:18
Britaniya və Belçikanın baş nazirləri hazırkı dövrü Ukrayna üçün dönüş nöqtəsi elan ediblər
Digər ölkələr01:45
Suriyada toyda qumbaraların partladılması nəticəsində onlarla insan yaralanıb
Digər ölkələr01:25
ABŞ Braziliya Ali Məhkəməsinin hakiminə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr00:49