Yanvarda ABŞ-da iki bank iflas edib
- 30 yanvar, 2017
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 yanvar. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzindı ABŞ-da artıq iki bank iflas edib. "Report" "Qazeta.ru" saytına istinadən xəbər verir ki, ABŞ-ın Depozitlərin Sığortalanması Korporasiyasının (FDİC) məlumatına görə, "Seaway Bank and Trust Company"nin fəaliyyəti İllinoys ştatının bank tənzimləyici orqanları tərəfindən dayandırılıb. Qeyd edək ki, bundan əvvəl, yanvarın 13-də Nyu-Cersi ştatının bank sektorunu tənzimləyən qurum "Harvest Community Bank"ın iflas etdiyini bildirib. FDİC-in məlumatına görə, Bankın depozitləri "State Bank of Texas"a keçib, depozitlərin sahibləri isə bu bankın müştərilərinə çevrilib.
Qeyd edək ki, "Seaway Bank and Trust Company" 2016-cı il oktyabrın 1-nə 361,2 mln. ABŞ dolları həcmində aktivlərə, 307,1 mln. dollarlıq depozit portfelinə sahib olub. FDİC-in bankın ləğv olunmasında yaranan xərcləri isə 57,2 mln. dollar təşkil edəcək. Belə ki, FDİC 250 min dollara qədər depozitləri sığortalayır. Xatırladaq ki, 2016-cı ilin III rübünün yekunlarına görə, FDİC-in sığorta sistemində 5 980 bank və əmanət təşkilatı iştirak edir.