“Xalq Sığorta”nın yığımları 4% azalıb
- 23 yanvar, 2017
- 07:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 yanvar. REPORT.AZ/ “Xalq Sığorta” ASC-nin yığımları 2016-cı ildə 9 847 4611 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 3,64% azdır.
Hesabat dövründə “Xalq Sığorta”nın ödənişləri isə artıb. Belə ki, Şirkət il ərzində 6 539 381 manat ödəniş edib və bu, əvvəlki ilə nisbətən 24,37% çoxdur.
Ötən il “Xalq Sığorta” topladığı hər 100 manat sığorta haqqının 66,41 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 51,45% olub.
Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 39 388 700 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 5,33 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.