"Xalq Həyat Sığorta"ya yeni sədr təyin edilib

Maliyyə
  • 02 aprel, 2025
  • 15:03
Xalq Həyat Sığortaya yeni sədr təyin edilib

"Xalq Həyat Sığorta" ASC-nin (ASS) İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifə Orxan Əfəndiyevə həvalə olunub.

O, vaxtilə "Azərbaycan Sənaye Sığorta" ASC-nin İH-nin sədri, "A-Qrup Sığorta" ASC-nin İH-nin sədr müavini olub.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.

44 - Tezliklə