"Xaçmaz Avtonəqliyyat" birjanın listinqinə qəbul edilib

Maliyyə
  • 26 aprel, 2016
  • 12:37
Xaçmaz Avtonəqliyyat birjanın listinqinə qəbul edilib

Bakı. 26 aprel. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Xaçmaz Avtonəqliyyat” ASC-nin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, ilkin ticarət qiyməti 2 manat olmaqla 178 538 ədəd qiymətli kağız ticarət əməliyyatları üçün açıq elan olunub. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.

44 - Tezliklə