Bakı. 6 mart. REPORT.AZ/ Prezident
“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O, həmçinin deyib ki, ABŞ dolları ilə yanaşı, digər xarici valyutada, o cümlədən avroda kredit götürmüş şəxslərə də kompensasiya ödəniləcək.
"Kompensasiya ödənişi zamanı heç bir problem ola bilməz. Çünki bu məsələ birbaşa dövlət büdcəsindən ayrılmış vəsait hesabına reallaşdırılacaq", deyə V. Qasımlı əlavə edib.
O, kompensasiya alacaq şəxslərin sayının 450 min nəfər, restruktizasiyanın əhatə edəcəyi insanların sayının isə 400 min nəfər olduğunu da deyib.