Vüsal Qasımlı: "Azərbaycanda mikromaliyyə portfelinin genişləndirilməsinə ehtiyac var"

Maliyyə
  • 06 oktyabr, 2017
  • 06:10
Vüsal Qasımlı: Azərbaycanda mikromaliyyə portfelinin genişləndirilməsinə ehtiyac var
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı
Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Azərbaycanda mikromaliyyə portfelinin genişləndirilməsinə ehtiyac var."

"Report"un verdiyi xəbərə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib: "Həmçinin, faizlər azaldırlmalıdır ki, ondan istifadə əlverişli olsun".

"İndi Azərbaycan mikromaliyyəsi özünətənqid ruhunda yanaşmalıdır. Mikromaliyənin portfeli təkcə mikromaliyyə portfeli olmamalıdır. Portfeldə yığımlar, sığortada mikromaliyyə və s. də əks olunmalıdır. Dünya təcrübəsi nəzərə alınaraq mikromaliyyənin portfeli təkmilləşdirilməlidir. Mikromaliyənin portfelini genişlədirməsək mikromaliyyənin xərclərini aşağı sala bilməyəcəyik", - V.Qasımlı əlavə edib.

O bildirib ki, mikromaliyyə resurslarına əlçatanlığını təmin etmək üçün tədbirlər görülməlidir: "Bunun üçün də bu sahədə faizlər ucuzlaşmalıdır ki, mikromaliyyənin xidmətləri əlverişli olsun. Azərbaycanda bahalı kreditlər dövrü artıq geridə qalıb. Əlçatan kredit faizləri təklif etməliyik ki, ev təsərrüfatları da bu kreditlərdən istifadə etməkdə maraqlı olsunlar. Bunun da tək yolu "FinTech"dir. Təkcə bir nümunəni deyim ki, "Mobil banking"in isktifadəsi həm vaxta, həm də digər resurlara qənaət edəcək. Nəticədə,  mikromaliyyənin faizləri aşağı düşəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti