Vüqar Gülməmmədov: "Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq"

Vüqar Gülməmmədov: "Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq" 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq.
Maliyyə
25 Noyabr , 2024 14:16
Vüqar Gülməmmədov: Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq
Vüqar Gülməmmədov

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.

"Son nəticədə bu gəlirlər büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edəcək", - deyə o qeyd edib.

Sədr həmçinin deyib ki, güzəşt və azadolmaların davamlı tətbiqi əlavə dəyərin artımını dəstəkləsə də, bu artımın büdcə gəlirlərinə birbaşa deyil, dolayı təsir edəcəyi gözlənilir: “2025-ci ildə güzəşt və azadolmalar üzrə büdcəyə hesablanmayan məbləğin də artacağı ehtimal olunur. Lakin bu göstəricinin gəlirlərə transformasiyasının təsiri yaxın perspektivdə tam özünü doğrultmaya bilər”.

O, gəlir proqnozlarının icrasında ciddi risklərin gözlənilmədiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi