"Visa" rəsmisi: "Yeni tendensiyalar maliyyə resurslarına tələbat yaradır"

"Visa" rəsmisi: "Yeni tendensiyalar maliyyə resurslarına tələbat yaradır" Dünyada maliyyə nöqteyi nəzərindən əsas məsələlərdən biri yeni tendensiyalarla bağlıdır və onlar maliyyə resurslarına tələbat yaradır.
Maliyyə
24 Sentyabr , 2024 13:02
Visa rəsmisi: Yeni tendensiyalar maliyyə resurslarına tələbat yaradır
Nurlan Hacıyev

Dünyada maliyyə nöqteyi nəzərindən əsas məsələlərdən biri yeni tendensiyalarla bağlıdır və onlar maliyyə resurslarına tələbat yaradır.

"Report" xəbər verir ki, bunu "Visa" beynəlxalq kart təşkilatının Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.

"Yeni tendensiyalardan biri elektrikli nəqliyyat vasitələri bazarının böyüməsidir. 2028-ci ildə bu bazarın qlobal dəyərinin 900 milyard ABŞ dolları olacağını gözləyirik. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2030-cu ilə qədər nəqliyyat vasitələrinin 75 %-nin elektriklə çalışacağını proqnozlaşdırır. Kənd təsərrüfatı, eləcə də mobilliklə, kommunal xidmətlərlə bağlı da müxtəlif yanaşmalar var. Bütün bunlar yeni tələblər yaradır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi