"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"
- 13 iyun, 2023
- 11:40
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Abşeron dairəvi dəmir yolu xəttinin stansiyalarında bank kartları ilə 550 min dəfə ödəniş edilib.
"Report" xəbər verir ki, bunu "Visa" beynəlxalq kart təşkilatının Azərbaycan üzrə meneceri Nurlan Hacıyev Bakıda keçirilən "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisində bildirib.
"Hazırda 14 stansiyada nağdsız ödənişlərin aparılması üçün turniketlər quraşdırılıb. Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır", - deyə o qeyd edib.
"Hesablamalara görə, dünyadakı insanların 91 %-i nəqliyyatda nağdsız ödənişdən istifadə edir. “Visa” olaraq bir çox layihələri CEMEA (Mərkəzi Avropa, Yaxın Şərq, Afrika) regionunda ilk dəfə Azərbaycanda həyata keçirmişik. Bu xidmətlərdən biri “Tap on Phone”dur ki, ona 5 bank qoşulub. Biz həmçinin yerli banklardan biri ilə ECO Card buraxmağa nail olduq ki, onun da 98 %-i dəniz və okean tullantılarından hazırlanıb. Azərbaycan Mərkəzi Bankı və digər rəsmi qurumlar rəqəmsal və nağdsız ödənişlərin genişləndirilməsində maraqlıdır, bu istiqamatdə əməli addımlar atır", - deyə o qeyd edib.