“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) milli valyutada istiqraz buraxmaq istəyir.
Bu barədə “Report”a BOKT-dan bildirilib.
Məlumata görə, bu məsələnin ilin sonuna qədər reallaşdırılması və kapital bazarından qapalı üsulla, təxminən, 100 min manat vəsait cəlb edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.