"Viator Mikro Kredit Azərbaycan” BOKT-un istiqrazlarına 8 investor maraq göstərib
- 12 iyul, 2024
- 11:29
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz standard bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 8 investor 500 min manatlıq 8 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “CPM Invest Investisiya Şirkəti” ASC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.