“Bank BTB” ASC Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirməyə davam edir.
Xatırladaq ki, sentyabrın 10-da Hövsan Yaşayış Kompleksində 502 mənzilin satışı baş tutub. Müasir metodları tətbiq edən “Bank BTB” güzəştli ipoteka kreditlərinin verilməsini təkmilləşdirərək müştəri məmnunluğunu təmin etməkdə davam edir.
Belə ki, “Bank BTB” sürətli sənədləşmə prosesinin aparılması məqsədilə xidmət nöqtələrinin sayını 8-ə çatdırıb. Həmçinin bank sənədləşmə prosesini sürətləndirərək kreditləri 1 günə rəsmiləşdirir. Beləcə, vətəndaşlar özlərinə yaxın olan filialı seçməklə əlavə vaxt itkisi olmadan sənədləşmə üçün müraciət edə bilərlər. Bunlara Azadlıq filialı, Promo filialı, H.Aslanov filialı, Sənaye filialı, Sahil filialı, Gənclik filialı, 28 May filialı və Əcəmi filialı aiddir. Ünvanlarla qeyd olunan link vasitəsilə tanış ola bilərsiniz:
Bununla yanaşı, Mida mənzillərinin əldə olunması ilə hər hansı sualı olan vətəndaşlar onlayn müraciət kanallarımız olan "Facebook" (