Vergilər Nazirliyinin gələn il üçün büdcə proqnozu 1% azaldılıb

Vergilər Nazirliyinin gələn il üçün büdcə proqnozu 1% azaldılıb Bakı. 23 oktyabr. REPORT.AZ/ 2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 7 316 mln. manatı və yaxud 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 164,3 mln. manatı və yaxud 49,6%-i Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin, 3 451,6 mln. manatı və yaxud 15,1%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların, 785,6 mln. manatı yaxud 3,4%-i isə digər gəlirlərin payına düşəcək.
Maliyyə
23 Oktyabr , 2018 15:02
Vergilər Nazirliyinin gələn il üçün büdcə proqnozu 1% azaldılıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ 2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 7 316 mln. manatı və yaxud 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 164,3 mln. manatı və yaxud 49,6%-i Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin, 3 451,6 mln. manatı və yaxud 15,1%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların, 785,6 mln. manatı yaxud 3,4%-i isə digər gəlirlərin payına düşəcək. 

"Report" bu barədə "2019-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi"nə istinadən xəbər verir.

Layihəyə görə, Vergilər Nazirliyinin proqnozu ötən ilə nisbətən 64 mln. manat və yaxud 0,9% azdır: Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmaların 68,1%-i və ya 4 980 mln. manatı qeyri-neft sektorunun, 31,9%-i, yaxud 2 336 mln. manatı neft sektorunun payına düşür.

Son xəbərlər

Orphus sistemi