Vergilər Nazirliyi daha 10 hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmasına qadağa qoyub

Maliyyə
  • 22 sentyabr, 2016
  • 07:39
Vergilər Nazirliyi daha 10 hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmasına qadağa qoyub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 348-dən 328-ə endirilib.

Vergi borcuna görə Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərinin icra orqanlarının rəhbərlərinin sayı isə 10 nəfər artırılaraq 486-ya çatdırılıb.

Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 824-dən 814-ə düşüb.

44 filmi