Vergilər nazirinin sabiq müşaviri departament direktoru təyin olunub - YENİLƏNİB

Vergilər nazirinin sabiq müşaviri departament direktoru təyin olunub - YENİLƏNİB 1 saylı Vergilər Departamentinin bazasında Xüsusi Gəlirlər Departamenti yaradılıb
Maliyyə
5 Yanvar , 2017 15:23
Vergilər nazirinin sabiq müşaviri departament direktoru təyin olunub - YENİLƏNİB

Bakı. 5 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi olub. 

“Report” xəbər verir ki, vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə keçmiş müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.

Qeyd edək ki, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin yerində Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti yaradılıb.

***

Həmçinin, nazirin əmrinə əsasən, Sərxan Murad oğlu Məmmədov yeni yaradılan Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.

Qeyd edək ki, Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamenti Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin yerində yaradılıb.

***

Bununla yanaşı, Vergilər Nazirliyinin aparat rəhbəri Ağasəməd Veyis oğlu Əfəndiyev vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, həmin vəzifəyə müvəqqəti icraçı təyin edilib.

Məlumata görə, Aparatın rəhbəri vəzifəsini müvəqqəti olaraq I dərəcəli müfəttiş Elçin Alim oğlu Namazlı icra edir. A.Əfəndiyev isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru təyin olunub.

Son xəbərlər

Orphus sistemi