Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağanı öyrənə biləcək

Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağanı öyrənə biləcək Bakı. 23 fevral. REPORT.AZ/ Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib.
Maliyyə
135
23 Fevral , 2019 21:44
Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağanı öyrənə biləcək
Vergilər Nazirliyi / Report

Bakı. 23 fevral. REPORT.AZ/ Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib. 

"Report" xəbər verir ki, bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

Son xəbərlər

Orphus sistemi