Venesuelada dollar bir gündə 21% bahalaşıb
Maliyyə
- 03 avqust, 2017
- 07:05
Bakı. 3 avqust. REPORT.AZ/ Venesuelanın "qara bazar"ında ABŞ dollarının məzənnəsi ötən gün 21% artaraq 14 800 bolivara yaxınlaşıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, milli valyutanın kəskin dəyərdən düşməsinə səbəb ötən bazar günü ölkədə keçirilmiş parlament seçkiləri nəticələrinin müxalifət tərəfindən qəbul edilməməsi fonunda təşkil olunan etiraz aksiyaları olub.
Yaranan qarşıdurmalar insan tələfatı ilə nəticələnib və bundan sonra ABŞ hökuməti Venesuelanı ona qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə hədələyib. Bütün bunlar ölkənin milli valyutasını bir qədər də dəyərdən salıb.
Qeyd edək ki, Venesuela dolların rəsmi məzənnəsi 10 bolivar, əlavə mübadilə sistemində isə 2 900 bolivar təşkil edir.
Son xəbərlər
07:31
Filippinlər yanacaqla bağlı fond yaradırlar
Digər ölkələr07:16
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
Energetika06:42
İsrail qoşunları Livanda səkkiz yaşayış məntəqəsini ələ keçirib.
Digər ölkələr06:11
Aİ ilə Avstraliya arasında ticarət razılaşması Fransada tənqidlərə səbəb olub
Digər ölkələr05:50
Ötən il təbii fəlakətlər Fransaya 5,2 milyard avro ziyan vurub
Digər ölkələr05:23
KİV: ABŞ və İsrail İranın XİN rəhbərini və spikerini hədəf siyahılarından çıxarıblar
Region05:18
Britaniyalı hərbçilər Rusiyanın "kölgə donanması"nı yoxlayacaq
Digər ölkələr05:00
"Bloomberg": ABŞ neftin qiymətinin 200 dollara qədər yüksələcəyi ssenarisinə hazırlaşır
Energetika04:43