Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən kənarlaşdırılıb

Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən kənarlaşdırılıb Azərbaycanın yeganə regional bankı – “Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.
Maliyyə
12 Yanvar , 2023 10:31
Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən kənarlaşdırılıb

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərəcək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

Bundan başqa, indiyə qədər Şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir.

Son xəbərlər

Orphus sistemi