Valyuta hərracında dollar 1,7525 manata kimi bahalaşıb

Valyuta hərracında dollar 1,7525 manata kimi bahalaşıb Bu gün rəsmi məzənnənin 0,29% yüksəlməsi gözlənilir
Maliyyə
15 Dekabr , 2016 11:56
Valyuta hərracında dollar 1,7525 manata kimi bahalaşıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Mərkəzi Bankı Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracını keçirib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, hərrac 1 ABŞ dolları üçün 1,7475 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7525 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Artım 0,29% təşkil edib.

Qeyd edək ki, dolların bugünkü rəsmi məzənnəsi 1,7475 AZN/USD-yə bərabərdir.

Son xəbərlər

Orphus sistemi