Valyuta hərracında 20 banka 70,2 mln. dollar satılıb

Valyuta hərracında 20 banka 70,2 mln. dollar satılıb Bankların valyuta tələbi tam qarşılanıb
Maliyyə
27 Sentyabr , 2016 12:10

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında 20 bank iştirak edib. 

Bu barədə "Report"a AMB-dən bildirilib. 

Məlumata görə, bankların məcmu tələbi 70,2 mln. ABŞ dolları təşkil edib və bu tələb qarşılanıb. 

Xatırladaq ki, hərraca AMB 50 mln. dollar, ARDNF isə 100 mln. dollar çıxarıb. 

Fonddan isə "Report"a bildirilib ki, 19 banka 61,4 mln. dollar satılıb. Başqa sözlə, AMB cəmi 1 bankı 8,8 mln. dollar vəsaitlə təmin edib. 

Son xəbərlər

Orphus sistemi