“Union Leasing”in rəhbərliyi dəyişib

Maliyyə
  • 15 dekabr, 2016
  • 13:05
“Union Leasing”in rəhbərliyi dəyişib

Bakı. 15 dekabr. REPORT.AZ/ “Union Leasing” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. 

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, söhbət Eldar Axundovdan gedir. O, yeni vəzifəsində Elşən Bağırovu əvəz edib.

Xatırladaq ki, "Union Leasing" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 min manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.