“Unicapital İnvestisiya Şirkəti”nin aktivləri 42% artıb

Maliyyə
  • 17 may, 2019
  • 06:20
“Unicapital İnvestisiya Şirkəti”nin aktivləri 42% artıb

“Unicapital İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri illik müqayisədə 41,5% artaraq bu il yanvarın 1-nə 3,752 mln. manat təşkil edib.

“Report” bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “Unicapital"ın cəmi öhdəlikləri 52,5% azalaraq 2,716 mln. manat, cəmi kapitalı isə 19,6% artaraq 1,037 mln. manat olub.

İnvestisiya şirkəti 2018-ci ili 300 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 23,7% azdır.