“Unibank” yeni kredit kampaniyasına başlayıb

“Unibank” yeni kredit kampaniyasına başlayıb Bakı. 19 fevral. REPORT.AZ/ “Unibank” ASC martın 20-dək nağd istehlak krediti götürənlərə kredit komissiyalarında 50% endirim edəcək.
Maliyyə
19 Fevral , 2018 14:27
“Unibank” yeni kredit kampaniyasına başlayıb
Report

Bakı. 19 fevral. REPORT.AZ/ “Unibank” ASC martın 20-dək nağd istehlak krediti götürənlərə kredit komissiyalarında 50% endirim edəcək.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, "Sizin üçün olsun!" kampaniyası zamanı müştərilərə 3 aylıq güzəşt müddəti də veriləcək. İlk 3 ayda müştərilər aylıq ödənişdə əsas borc hissəsini ödəməyəcək, əsas borcun ödənişinə dördüncü aydan başlayacaqlar.

Kreditlərin illik effektiv faiz dərəcəsi isə 13%-dən (illik 23%-dən) başlayır. Maksimum kredit məbləği 15 min manat təşkil edir. Kreditlər maksimum 36 ayadək verilir. Minimal aylıq ödəniş 19 manatdan başlayır. Zamin tələb olunmur, sığorta haqqı yoxdur.

Son xəbərlər

Orphus sistemi