“Unibank” yeni kampaniya keçirir

“Unibank” yeni kampaniya keçirir Oktyabrın 21-dək müştərilər nağd krediti komissiyasız ala bilərlər
Maliyyə
16 Oktyabr , 2017 16:44
“Unibank” yeni kampaniya keçirir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Unibank” ASC 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə yeni kampaniyaya başlayıb. “Dövlət Müstəqilliyi Günü” kredit aksiyası çərçivəsində oktyabrın 21-dək “Unibank”da nağd kreditlər 0% komissiyalı olub. Aksiya çərçivəsində əmək haqqı 174 manatdan yuxarı olan hər kəs komissiyasız nağd kredit üçün müraciət edə bilər.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Kreditin müddəti 36 ayadəkdir, aylıq minimum ödənişlər 19 manatdan başlayır, heç bir zamin tələbi yoxdur. 

Kreditləri banka gəlmədən 050 778 8117 "whatsapp" nömrəsinə yazaraq və ya “Unibank Mobile”dən, Unibank.az saytından onlayn sifariş etməklə və ya bank filiallarına müraciət edərək əldə etmək mümkündür.

“Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə yerləşən aşağıdakı 7 filialı həftə sonu saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir (15 saylı filial (S.Vurğun bağı), “Neftçilər” filialı, “Nərimanov” filialı, “Xırdalan” filialı, “Sumqayıt” filialı, “Gəncə” filialı, “Bərdə” filialı, “Əcəmi” və 19 saylı (“Bakıxanov”) filialları isə noyabrın 15-dək hər gün saat 09:00-dan 20:00-dək müştərilərin xidmətində olacaq).

Son xəbərlər

Orphus sistemi