“Unibank” korporativ müştərilər üçün internet bankçılığı təkmilləşdirib

“Unibank” korporativ müştərilər üçün internet bankçılığı təkmilləşdirib Qeyd edək ki, “Unibank”da "Internet banking" sifarişi və qoşulmaq pulsuzdur və bütün növ köçürmələr mümkündür
Maliyyə
4 İyul , 2017 11:53
“Unibank” korporativ müştərilər üçün internet bankçılığı təkmilləşdirib

Bakı. 4 iyul. REPORT.AZ/ “Unibank” ASC-nin müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar banka gəlmədən büdcə ödənişlərini və hesablaşma əməliyyatlarını apara biləcəklər. “Report” xəbər verir ki, Bankın yenilənmiş “Internet banking” xidməti biznes sahiblərinə istədikləri vaxt və istənilən yerdə, təhlükəsiz, cəmi bir neçə dəqiqə ərzində bank əməliyyatlarını aparmağa, biznesləri ilə bağlı sərəncam verməyə imkan yaradır.

Məlumata görə, yenilənmiş “Internet banking” xidmətində mövcud olan bölmələrə daha yeni funksiyalar əlavə edilib və xidmətin çoxfunksiyanallığı da genişləndirlib.

Bütün bunlarla yanaşı “Unibank”ın qeyd edilən xidməti üçün qeydiyyatdan keçmək də asanlaşlıb və xidmətə qoşulmaq daha sadə və daha təhlükəsiz olub.

Hüquqi şəxslər və fərdi sahibkarlar xidmətə indi təkcə “Google Authenticator”la deyil, “ASAN İmza” vasitəsi ilə də qoşula bilərlər. Hər iki xidmətlə qoşulmaq müştəriyə sistemə daxil olmaqla bütün sənədləri imzalamaq hüququ verir.

Qeyd edək ki, “Unibank”da “internet banking” sifarişi və qoşulmaq pulsuzdur və bütün növ köçürmələr mümkündür.

Son xəbərlər

Orphus sistemi