​"Unibank" kart sahibləri üçün yenilik edib

​"Unibank" kart sahibləri üçün yenilik edib "Albalı Plus"un yeni mobil əlavəsi istifadəyə verilib
Maliyyə
9 Aprel , 2015 11:36
​Unibank kart sahibləri üçün yenilik edib

Bakı. 9 aprel. REPORT.AZ/ "Unibank" ASC "Albalı Plus" kart sahibləri üçün yenilik edib. "Albalı Plus"un yeni mobil əlavəsi artıq smarfonlarda istifadəyə verilib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, mobil əlavənin köməyi ilə kart istifadəçiləri kartları ilə bağlı istənilən məlumatdan cəmi bir neçə dəqiqə ərzində xəbərdar olacaqlar. Bir çox əməliyyatları banka gəlmədən həyata keçirmək, kartın borcunu görmək və ödəmək, taksit borcunu hissələrə bölmək, karta mədaxil olunan məbləğləri, kartla edilən əməliyyatları görmək, "Albalı Plus" ilə keçirilən aksiya və kampaniyalar haqqında məlumat almaq, tərəfdaşların siyahısı ilə tanış olmaq - bu imkanlar artıq "Albalı Plus" kartının yeni əlavəsində birləşib.

Həmçinin, Bankın filialları, hətta yaxınlıqda olan ATM ünvanlarını da mobil əlavədə görmək mümkündür.

Qeyd edək ki, "Play Market" və "App Store"a daxil olub yeni əlavəni mobil telefonuna pulsuz yükləmək olar.

Son xəbərlər

Orphus sistemi