Bakı. 19 sentyabr. REPORT.AZ/ “Unibank” ASC ipoteka kreditlərinin illik faiz dərəcəsini azaldıb.
Bankdan “Report”a verilən məlumata görə, indi “Azərbaycan İpoteka Fondu” ASC-nin xətti ilə ipoteka kreditlərini illik cəmi 7%-lə götürmək olar.
Faiz göstəricisinin 8%-dən 7%-ə endirilməsi aylıq ödənişləri azaltmaqla ümumi kreditin məbləğini daha sərfəli edəcək.
Xatırladaq ki, “Unibank” bir qədər əvvəl ipoteka kreditlərində ilkin ödənişi də xeyli azaldaraq 20%-ə endirib. Bank hazırda AİF-in fəal müvəkkil kredit təşkilatları sırasındadır. Bir qədər əvvəl “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayan “Unibank” Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında da iştirak edir.
İpoteka kreditləri Bankın Bakıda “17 saylı” (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır. İpoteka müştəriləri kredit ödənişlərini Banka gəlmədən mobil telefonlarında həyata keçirə bilirlər. Bunun üçün smartfonlardan “Unibank Mobile” əlavəsinə daxil olaraq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (