"Unibank"ın yeni hesabatı açıqlanıb
- 02 noyabr, 2016
- 08:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 noyabr. REPORT.AZ/ "Unibank" ASC-nin aktivləri bu ilin əvvəlindən 300,309 mln. manat və ya 29% azalaraq oktyabrın 1-nə 727,674 mln. manat təşkil edib.
"Report" bu barədə Bankın açıqladığı hesabata istinadən xəbər verir.
Bu müddətdə kredit portfeli 212,429 mln. manat və ya 32% azalaraq oktybarın 1-nə 442,324 mln. manata enib.
Hesabat dövründə depozit portfeli 153,973 mln. manat və ya 30,23% azalaraq 525,95 mln. manat olub. Cari il oktyabrın 1-nə Bankın məcmu kapitalı 66,947 mln. manat təşkil edib.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhmi var. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.