"Unibank"ın yeni səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 28 dekabr, 2022
  • 08:16
Unibankın yeni səhmləri üzrə hərracın tarixi açıqlanıb

Dekabrın 29-30-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Unibank" ASC-nin 6,8 milyon manatlıq yeni səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" BFB-yə istinadən xəbər verir ki, səhmlər abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə "Unibank"ın hər birinin nominal dəyəri 2,72 manat olan 2,5 milyon ədəd adi, adlı, sənədsiz yeni səhmi standart bazar seqmentində listinqə daxil edilib.

Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" QSC-dir. Proses başa çatdıqdan sonra Bankın nizamnamə kapitalı 4,8 % artaraq 142,586 milyon manatdan 149,386 milyon manata çatacaq.