“Unibank”ın idarəetmə orqanlarına təyinatlar olacaq
Maliyyə
- 20 fevral, 2020
- 07:37
Martın 18-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Unibank”ın idarəetmə orqanlarına təyinatlarla bağlı məsələ daxildir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 77,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 9%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
Son xəbərlər
05:17
Yunanıstanda dəmir yolu işçiləri tətilə başlayıblar
Digər ölkələr04:49
Trampın fikrincə, ABŞ-yə yatırılan investisiyalar il sonuna kimi 20 trilyon dolları ötəcək
Digər ölkələr04:24
KİV: Britaniya NATO-nun köməyi olmadan "Prince of Wales" aviadaşıyıcısını istifadə edə bilməyəcək
Digər ölkələr03:56
Tramp Qəzza ilə bağlı qətnamənin qəbuluna görə BMT TŞ-yə təşəkkür edib
Digər ölkələr03:39
ABŞ daimi nümayəndəsi: BMT TŞ qətnaməsi Qəzzadakı sabitləşdirmə qüvvələrinin əsasını təşkil edəcək
Digər ölkələr03:04
Tramp ABŞ-də narkotik qaçaqmalçılığının qarşısını almaq üçün Meksikaya zərbə endirməyi məqbul sayır
Digər ölkələr02:44
BMT TŞ Trampın Qəzza planını dəstəkləyən qətnaməni qəbul edib
Digər ölkələr02:38
Nigeriya Futbol Federasiyası milli komanda DÇ-2026-ya vəsiqə qazana bilmədiyi üçün üzr istəyib
Futbol02:06