“Unibank”ın İdarə Heyətində dəyişiklik olub - EKSKLÜZİV

“Unibank”ın İdarə Heyətində dəyişiklik olub - EKSKLÜZİV Emin Rəsulzadənin yerinə Vəfa Kələntərovanın namizədliyi təsdiq edilib
Maliyyə
16 Oktyabr , 2017 13:57
“Unibank”ın İdarə Heyətində dəyişiklik olub - EKSKLÜZİV
Report

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Unibank” ASC-nin İdarə Heyətinin üzvü Emin Rəsulzadə uzun illər davam edən fəaliyyətindən sonra bankdan ayrılıb. 

Bunu “Report”a eksklüziv açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

F.Hüseynovun sözlərinə görə, bu qərar bankın səhmdarların oktyabrın 13-də keçirilən növbədənkənar yığıncağında qəbul edilib.

“Unibank rəsmisi deyib ki, E.Rəsulzadənin yerinə Vəfa Kələntərovanın namizədliyi təsdiq edilib.

Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb, nizamnamə kapitalı hazırda 119,686 mln. manatdır. Bankın səhmlərinin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın “DEG” investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.

Son xəbərlər

Orphus sistemi