​"Unibank" yeni kampaniyaya başlayır

​"Unibank" yeni kampaniyaya başlayır Bank kredit kartlarını pulsuz verəcək
Maliyyə
30 Sentyabr , 2015 17:56
​Unibank yeni kampaniyaya başlayır

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Unibank" ASC 1 oktyabr peşə bayramları münasibətilə prokurorluq işçiləri üçün "Albalı Plus" kartlarını pulsuz verməyə başlayır.

"Report"un banka istinadən verdiyi xəbərə görə, oktyabrın 1-dən 8-dək "Unibank" filiallarına müraciət edən prokurorluq işçiləri pulsuz "Albalı Plus" kartı əldə etməklə yanaşı, "Unibank"ın nağd kreditlərindən də faydalana bilərlər. Hazırda bankda 10 min manatadək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir. Manat və dollar kreditləri 36 ayadək müddətə verilir.

"Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi