“Unibank” daha bir kredit kampaniyasına başlayıb

“Unibank” daha bir kredit kampaniyasına başlayıb Bakı. 8 fevral. REPORT.AZ/ “Unibank” ASC-dən krediti banka gəlmədən onlayn sifariş edənlər, nağd krediti 3% daha aşağı faizlə əldə edəcəklər.
Maliyyə
8 Fevral , 2018 16:29
“Unibank” daha bir kredit kampaniyasına başlayıb
Report

Bakı. 8 fevral. REPORT.AZ/ “Unibank” ASC-dən krediti banka gəlmədən onlayn sifariş edənlər, nağd krediti 3% daha aşağı faizlə əldə edəcəklər.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Banka gəlmədən kredit sifarişini (050) 778 8117 "Whatsapp" nömrəsinə yazaraq “Unibank Mobile” mobil telefon tətbiqindən və bankın saytından etmək mümkündür.

Kredit rəsmiləşdirilərkən sığorta ödənişi tələb olunmur. Zamin tələbi yoxdur. Kreditin maksimal məbləği 15 min manatadək, maksimal müddət 36 aydır. Kreditin aylıq minimal ödənişləri 19 manatdan başlayır.

Kampaniya fevralın 27-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi