“Unibank” BFB-nin “Listinq Məsləhət Proqramı” üzrə növbəti mərhələsinə start verib

“Unibank” BFB-nin “Listinq Məsləhət Proqramı” üzrə növbəti mərhələsinə start verib Bakı. 1 dekabr. REPORT.AZ/ “Unibank Kommersiya Bankı” ASC Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) üzrə növbəti mərhələsinə start verib.
Maliyyə
1 Dekabr , 2017 19:08
“Unibank” BFB-nin “Listinq Məsləhət Proqramı” üzrə növbəti mərhələsinə start verib

Bakı. 1 dekabr. REPORT.AZ/ “Unibank Kommersiya Bankı” ASC Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) üzrə növbəti mərhələsinə start verib.

BFB-dən “Report”a verilən məlumata görə, proqram çərçivəsində “Unibank Kommersiya Bankı” BFB-də Listinqə qəbul üçün müraciət edib. “Unibank Kommersiya Bankı” ASC-nin müraciəti üzrə BFB-də Listinq prosesi başladılıb. Listinq prosesi sona çatdırıldıqdan sonra Emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsi vasitəsilə paylaşılacaq.

Yerləşdiriləcək istiqrazların sayı 1 000 ədəd, nominal dəyəri 10 min ABŞ dolları, istiqraz üzrə illik gəlirliyi 6% nəzərdə tutulur. İstiqrazlar üzrə faizlər İstiqrazın nominal dəyərindən hesablanır və istiqrazların tədavül müddəti ərzində ardıcıl olaraq 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir.

BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır.

“Unibank Kommersiya Bankı” ASC LAP-yə bu il oktyabrın 26-da qoşulub.

Son xəbərlər

Orphus sistemi